HAQQIMIZDA

2004-cü ildən fəaliyyət göstərən METALSAN Group ölkəmizdə keyfiyyətli dam örtüklərinin istehsalı üzrə ixtisaslaşmışdır. Peşəkar işci heyəti ilə seçilən METALSAN Group istehsal prosesində də texnoloji yenilikləri tədbiq edərək tikinti və memarlıq sahəsində öz fərqini ortaya qoymuşdur. Düzgün idarəetmə sistemi və icra edilən uğurlu layihələr, 15 illik təcrübə, intizam və keyfiyyəti özündə cəmləşdirərək uğurların hər keçən gün daha da artmasına səbəb olur.
METALSAN Group ISO 9001:2008 beynəlxalq standartına cavab verən məhsullar istehsal edən yerli brenddir. Məhsullar Ankano və Konsepsal Profnastil Yufa texnologiyası ilə istehsal olunur. Bir saat ərzində 200 ədəd dam örtüyü istehsal edən avadanlığın günlük istehsal həcmi 32 ton ətrafındadır. Xammal və hazır məhsul anbarlarına əlavə olaraq üç istehsal xəttindən ibarət olan zavodda birinci və ikinci

 

bölmədə dam örtükləri, üçüncü bölmədə isə su sistemləri hazırlanır. Bir saat ərzində 400 ədəd 6 metrlik boru istehsal edən su sistemləri 

bölməsi tam gün ərzində 6000 metr uzunluğunda boru istehsal gücünə sahibdir. İstehsal etdiyimiz hər bir santimetr dam örtüyünə 30 il 

zəmanət veririk.
Zövqünüzə uyğun rəng seçimi ilə məhsulları satış nöqtələrimizdən əldə edə bilərsiniz.

Üstünlüklərimiz